Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazir Nikol Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib.
Tokayev qeyd edib ki, Ermənistan baş nazir Nikol Paşinyanın rəhbərliyi altında dövlət quruculuğunda, vətəndaşların rifahının təmin edilməsində və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar əldə edib.
“Kasım-Jomart Tokayev Ermənistan-Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsinə sadiq olduğunu bir daha təsdiqləyib. Prezident Ermənistan rəhbərinə məsuliyyətli dövlət fəaliyyətində uğurlar, Ermənistan xalqına isə firavanlıq və tərəqqi arzulayıb”, - deyə Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib.