Mariya Zaxarova brifinq zamanı Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib. O, çevriliş cəhdində “Rusiya izinin tapılması” gözləntisini “absurd” adlandırıb.
“Bu, sözün əsl mənasında, heç bir tənqidə tab gətirməyəcək. Mənim fikrimcə, bu, sadəcə olaraq, xüsusilə məşhur bir hiylədir. Biz dəfələrlə vurğulamışıq ki, Qərbdən fərqli olaraq, Rusiya digər ölkələrin daxili işlərinə qarışmır”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Zaxarovanın sözlərinə görə, Ermənistan nə KTMT-dən, nə də Rusiyadan ehtiyat etməməlidir.
“Biz ER-nin ən yaxın müttəfiqi olaraq qalırıq. Ermənistan Qərbdən və onun peyklərindən ehtiyat etməlidir”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.