Sentyabrın 20-də ER müdafiə naziri Suren Papikyan Argentinanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Enrike Qonzales Alemanı qəbul edib. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan və Argentina arasında müdafiə sahəsində əməkdaşlıq imkanları, həmçinin regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.