Ədliyyə naziri Qriqor Minasyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazir ER-da demokratik islahatların və qanunun aliliyinin təmin edilməsi kontekstində Aİ ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa toxunub. Tərəflər bu istiqamətdə nəzərdə tutulan tədbirləri qeydə alıblar.
Görüş zamanı həmçinin ER-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası prosesinə və Aİ-nin büdcə dəstəyinə toxunulub.