Avropa Parlamentinin plenar iclasında çıxış edən fransalı deputat, AŞ Xarici Əlaqələr Komitəsinin müdafiə və təhlükəsizlik məsələləri üzrə alt komitəsinin üzvü Natali Luazo Dağlıq Qarabağ məsələsinə və Ermənistan-Azərbaycan münasibətlərinə toxunub.
“Bir il əvvəl bu gün Azərbaycan Dağlıq Qarabağa hərbi hücum edib və 100 mindən çox insanı məcburi köçkün vəziyyətinə salıb, bununla da tarixdə XXI əsrin ilk etnik təmizləmə izini qoyub.
Və bir ildən sonra heç kimin öz evinə qayıtmaq şansı yoxdur. Azərbaycan əvvəlki münaqişə əsirlərini girov kimi saxlamaqda davam edir və onların da evə qayıtmaq şansı yoxdur. "Dağlıq Qarabağın mənəvi və mədəni irsi təhlükə altındadır və bir çox abidələr artıq dağıdılıb", - Luazo bildirib.
O, Azərbaycanın Ermənistanla sülh sazişi imzalamadığını, bir neçə həftədən sonra “COP29” konfransına ev sahibliyi edəcəyini vurğulayıb. “Bakıya səfər edəcək bütün şəxslər ermənilərin Dağlıq Qarabağa qayıtmasına, girovların azad edilməsinə çağırış etməyi özlərinin mənəvi borcu hesab etməlidirlər.
Bizim Yer kürəsi uğrunda mübarizəmiz bu insanların hesabına aparıla bilməz”, - deyə AŞ deputatı yekunlaşdırıb.