ER Xarici İşlər Nazirliyi Azərbaycanın hücumu nəticəsində Dağlıq Qarabağ əhalisinin didərgin düşməsi və beynəlxalq ictimaiyyət tərəfindən atılacaq zəruri addımlar barədə bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bir il əvvəl, sentyabrın 19-da Azərbaycanın hərbi hücumu nəticəsində Dağlıq Qarabağın bütün yerli əhalisi, 115 mindən çox erməni bir neçə gün ərzində öz evlərini tərk etməli oldu.
Etnik təmizləmə siyasətinin son mərhələsi olan bu deportasiya BMT Baş Assambleyasının sessiyası zamanı baş verib, harda ki, bütün beynəlxalq ictimaiyyət münaqişələrin sülh yolu ilə həlli, sabitliyin və inkişafın bərqərar olması imperativini müzakirə etdi, dünyanın müxtəlif guşələrində güc tətbiqini, beynəlxalq normaların və insan hüquqlarının pozulmasını pislədi.
Ötən il ərzində ER hökuməti beynəlxalq tərəfdaşların dəstəyi ilə Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin ilkin və orta müddətli ehtiyaclarının həlli, eləcə də uzunmüddətli perspektivdə lazımi proqramların hazırlanması üçün bütün zəruri addımları atmışdır.
Gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli müzakirələri yenidən başlayacaq. Ötən ilin hadisələri beynəlxalq sabitliyin təmin edilməsi istiqamətində təxirəsalınmaz səylərin, sülhün bərqərar olmasına imkan yaradan ideyaların və addımların həyata keçirilməsinin vacibliyini nümayiş etdirir.
Cənubi Qafqazda sabitliyin təmin olunması ilə bağlı Ermənistan Respublikasının mövqeyi aydındır - Bu, suverenliyə və ərazi bütövlüyünə hörmət, regionda davamlı inkişaf, səmərəli qarşılıqlı münasibətlər və rifahın təmin edilməsi vizyonuna əsaslanan sülh və münasibətlərin tezliklə bərqərar olmasıdır.
Bunu həyata keçirmək fürsətini əldən verməmək və nəsillər üçün daha sabit və ləyaqətli həyat üçün şərait yaratmaq üçün biz bu məsələdə maraqlı olan digər aktorlardan lazımi siyasi iradəni və sülh gündəliyinə sadiqliyin aydın nümayişini gözləyirik”.