Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin İran İslam Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması təklifini bəyənib.
Bu barədə hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilən sənəddə deyilib. Həmçinin Rusiya Xarici İşlər Nazirliyi sazişə fundamental xarakter daşımayan düzəlişlər edə bilər.
“Biz bu sərəncamda nəzərdə tutulmuş sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik”, - mətndə deyilib.