İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqazda münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Görüş iki ölkə arasında məsləhətləşmələr çərçivəsində baş tutub. Tərəflər Cənubi Qafqazda baş verən proseslərlə bağlı məsələləri müzakirə edib, bu regionda əməkdaşlığın vacibliyini vurğulayıblar.