Ermənistan orduda, Silahlı Qüvvələrdə islahatlara başlayıb və bu, Azərbaycanda da müzakirə olunur, guya ki Ermənistanın silah-sursat alması Ermənistanın sülh istəməməsi deməkdir.
ER baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti zamanı bildirib və bu kontekstdə Ermənistanın qonşularından heç bir ərazi tələbi olmadığını vurğulayıb.
“İlk növbədə onu demək istəyirəm ki, BMT Nizamnaməsi, səhv etmirəmsə, 51-ci maddə hər bir ölkəyə özünümüdafiə üçün lazımi tədbirlər görmək imkanı verir.
Bir daha deyirəm ki, ER bütün region ölkələrinin ərazi bütövlüyünü tanıyır, ER-nın heç bir ölkədən ərazi iddiası yoxdur.
Bəli, 200 kvadrat kilometrdən çox ərazilərimiz işğal altındadır, amma onu da demək istəyirəm ki, Ermənistan hökuməti öz qarşısında bu əraziləri hərbi yolla qaytarmaq problemi qoymur.
Nəyə görə, ona görə ki, biz hesab edirik ki, xüsusən də Azərbaycanla demarkasiya komissiyalarının birgə fəaliyyəti ilə bağlı bu yaxınlarda imzalanmış əsasnamə demarkasiya prosesində danışıqlar yolu ilə problemimizi həll edə biləcəyimizə imkan yaradır”.