Biz Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, bu qurum Ermənistan qarşısında öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhlükə yaradır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.
Paşinyan deyib ki, Ermənistanın KTMT-yə qayıtması barədə fikirlər çox müzakirə olunur.
“Biz əvvəl də demişdik ki, KTMT-də fəaliyyətimizi yalnız qaldırdığımız suallara cavab veriləcəyi təqdirdə tam bərpa edəcəyik. 2 il keçdi, amma cavablar eşidilmir və eşidilməyəcəyi də ortadadır. Deyə bilərəm nə qədər ki, bu cavablar əsaslı və inandırıcı deyil, hər dəqiqə və saniyədə Ermənistan KTMT-dən getdikcə daha da uzaqlaşır”, – o bildirib.
Paşinyan qeyd edib ki, “dönməzlik nöqtəsi” ifadəsi var.
“Əgər biz geriyə “dönməzli nöqtəsi”ni keçməmişiksə, böyük ehtimal var ki, bu vəziyyət belə davam edərsə, o “dönməzlik nöqtəsi”ni keçəcəyik və onda heç kimin bizi ittiham etməyə haqlı səbəbi və əsası olmayacaq”.