Hərbi cəhətdən Rusiya yenilməzdir, Ukraynada münaqişənin daha da genişlənməsi bütün bəşəriyyət üçün düzəlməz nəticələrlə təhdid edir. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Almaniya kansleri Olaf Şolz ilə görüşündə bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda atəşkəs əldə etmək fürsəti əldən verilib, lakin sülhə nail olmaq imkanı hələ də mövcuddur.
Tokayev müxtəlif ölkələrin bütün sülh təşəbbüslərini diqqətlə nəzərdən keçirməyə və hərbi əməliyyatların dayandırılması barədə qərara gəlməyə, sonra isə ərazi məsələlərinin müzakirəsinə keçməyə çağırıb.