Gürcüstan Ermənistan və Azərbaycan arasında həmrəyliyin həlli istiqamətində müsbət irəliləyişi alqışlayır. Biz, təbii ki, bacardığımız qədər regionda sabitliyin təmin edilməsi üçün öz rolumuzu oynamağa hazırıq. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze baş nazir Nikol Paşinyanla birgə bəyanatı zamanı deyib.
Gürcüstanın baş naziri, həmçinin BMT-nin Abxaziya və Sxinvaliyə qaçqınların qaytarılması ilə bağlı qətnaməsinə dəstək verdiyi qərara görə baş nazir Paşinyana minnətdarlığını ifadə etdiyini də qeyd edib.
“Bu qərar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, - Kobaxidze bildirib.