Fransa Ermənistanla müdafiə sahəsində də əməkdaşlığı davam etdirəcək.
Bu barədə Yerevanda Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurne bildirib.
“Ermənistan öz bütövlüyünü, ərazisini və əhalisini qorumalıdır. Dostlar arasında əməkdaşlıq bu sahədə də təbiidir. Biz bunu suverenliyə hörmətlə və eskalasiya istəmədən edirik”.
Sejourne qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyində Ermənistan və Fransa arasında əməkdaşlıq proqramına cavabdeh olacaq yeni vəzifə açılıb.