ER xarici işlər nazirinin müavini Vahan Kostanyan İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Rəvançı ilə telefon danışığı aparıb. Bu barədə Kostanyan X mikrobloqunda məlumat verib.
“Telefon danışığı zamanı Taxt Rəvançını vəzifəyə təyin olunması münasibətilə təbrik etdim. Mən İranın Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirdim. Bununla bağlı son hadisələrlə bağlı fikir mübadiləsi apardıq”, - o yazıb.