ER iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Jilbert-Lyuk Dıvinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Fransanın Ermənistandakı səfiri Olivye Dekoti də nümayəndə heyətinin tərkibində olub.
Nazir Sanosyan qonaqları salamlayaraq Ermənistan və Fransa arasında dostluq münasibətlərini yüksək qiymətləndirib.
İclasda yerli özünüidarəetmə orqanları, icmaların genişlənməsinin nəticələri, mərkəzləşdirilməmiş idarəetmə ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Ermənistan və Fransa arasında çoxsəviyyəli əməkdaşlığın gündəliyində duran digər məsələlər də müzakirə olunub. Hər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın davamlı olaraq genişləndirilməsi vurğulanıb.