Sentyabrın 13-də Yaponiyaya işgüzar səfəri çərçivəsində ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yaponiyanın milli təhlükəsizlik üzrə müşaviri Akiba Takeo ilə rəsmi görüş keçirib. Bu barədə Nazirlər Kabinetinin Aparatından məlumat verilib.
Tərəflər regional və qeyri-regional təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb, “Sülhün kəsişməsi” layihəsinə toxunublar.
Onlar Ermənistan və Yaponiya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivlərini də müzakirə ediblər.