“The Guardian” mənbələrə istinadən yazır ki, Britaniya hökuməti Ukraynaya Rusiyadakı hədəfləri vurmaq üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verib.
Qəzet qeyd edib ki, sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə gəlib və Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya ərazisində Qərbin uzaqmənzilli silahlarından istifadə məsələsini müzakirə etmək üçün görüşüblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin məlumatına görə, ABŞ artıq Ukraynadan Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. Peskov Vaşinqtonun mümkün icazəsinə müfaviq cavab verəcəyini vəd edib.