Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasına səfəri çərçivəsində sentyabrın 12-də Çin Xalq Respublikasının müdafiə naziri admiral Dun Tszyun ilə görüşüb.
Görüşdə həmsöhbətlər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində yüksək səviyyəli əlaqələrin olduğunu vurğulayıblar.
Tərəflər həmçinin vurğulayıblar ki, son illər hərbi əməkdaşlıq, o cümlədən yeni istiqamətlər əhatə edərək xeyli irəliləyib.
Nazirlər Ermənistan-Çin əməkdaşlığını, o cümlədən iki ölkənin silahlı qüvvələri arasında yüksək səviyyəli təmasları daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.