Belarus prezidenti Aleksandr Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə Ermənistanla yaxşı münasibətlərin saxlanmasının tərəfdarı olduğunu vurğulayıb.
“Biz əvvəlki kimi bütün çatışmazlıqlara və incəliklərə baxmayaraq, Ermənistanla yaxşı münasibətlər qursaq, pis olmazdı. İnanın, bu, qətiyyən bizim günahımız deyil. Biz ermənilərə hər cür kömək etməyə çalışmışıq, ən yaxın adamlarla əməkdaşlıq etmişik, hər cür kömək etmişik. Amma görürsən, onlar Qərbi, Aİ-ni istəyirlər,- Lukaşenko deyib.
“Ümid edirəm ki, ermənilər tezliklə xoşbəxtliklərinin harada olduğunu anlayacaqlar. Ermənilər çox ağıllı insanlardır”.