İran prezidenti Məsud Pezeşkian iyulun sonunda vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfərini Bağdada edib. İranın dövlət başçısını hava limanında İraqın baş naziri Məhəmməd Şia əl-Sudani qarşılayıb.
Pezeşkian İraq prezidenti Əbdül Lətif Rəşid, parlament sədrinin müavini Möhsün əl Mandalavi və Ali Məhkəmənin sədri Faiq Zidanla görüşəcək.
Həmin görüşlərdən sonra o, İran səfirliyinə gedəcək, orada iş adamları və İraqda yaşayan iranlılarla görüşəcək.
Sentyabrın 12-də Pezeşkian şiələrin müqəddəs Nəcəf və Kərbəla şəhərlərinə, daha sonra İraqın cənubundakı Bəsrə və İraq Kürdüstan Muxtariyyətinin paytaxtı Ərbilə səfər edəcək.
Yerli mətbuat İran prezidentinin İraqa səfəri zamanı əsasən iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində 10-15 müqavilənin imzalanacağını yazır.