ER xarici işlər nazirinin müavini Vahan Kostanyan “Yerevan dialoqu” beynəlxalq forumu çərçivəsində ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Harri Kamyanla görüşüb.
Bu barədə ER XİN məlumat yayıb.
Bu ilin aprel ayında Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli birgə görüşünün davamı olaraq həmsöhbətlər Ermənistanın dayanıqlığının gücləndirilməsinə, o cümlədən enerji sektoru kimi əsas sahələrdə əməkdaşlığı müzakirə ediblər.