Sentyabrın 10-da ER xarici işlər naziri Ararat Mirzoyan “Yerevan dialoqu” beynəlxalq forumu çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər ER-nin BMT strukturları ilə əməkdaşlığı məsələlərini müzakirə ediblər. Cari proqramlara və qarşıdan gələn tədbirlərə toxunulub.
Hər iki tərəfdən mədəniyyətlərarası dialoq, mədəni dəyərlərin qorunması, gənclərin ictimai həyatın müxtəlif sahələrinə cəlb edilməsi, onların rolunun artırılması və bu istiqamətdə Sivilizasiyalar Alyansı çərçivəsində əməkdaşlıq məsələləri vurğulanıb.
Ararat Mirzoyan və Migel Anxel Moratinos, həmçinin regional sabitlik və təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda davamlı sülhün bərqərar olması kontekstində beynəlxalq hüququn fundamental prinsiplərinə qeyd-şərtsiz riayət olunmasının vacibliyi vurğulanıb.