Sentyabrın 10-da ER xarici işlər naziri Ararat Mirzoyan Yerevan dialoqu beynəlxalq forumu çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
ER XİN-dən verilən məlumata görə, həmsöhbətlər ikitərəfli gündəliyin məsələlərini müzakirə edərək, fəal siyasi dialoqla yanaşı, sektorlar üzrə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Hər iki tərəf xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün əlavə birgə səylərin vacibliyini vurğuladılar. Nazirlər iki ölkənin paytaxtlarında daimi diplomatik nümayəndəliklərin açılması haqqında razılaşmanın həyata keçirilməsi istiqamətində atılan addımlara da toxunublar.
Ararat Mirzoyan və Peter Siyarto ER-Aİ tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş prosesi müzakirə ediblər.
Ermənistan və Macarıstanın xarici işlər nazirləri regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Ararat Mirzoyan Ermənistan tərəfinin Azərbaycanla sülh prosesinə yanaşmasını bir daha təsdiqləyib.