Ermənistanın Baş naziri Mher Qriqoryanla ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Yerevanakı nümayəndəliyinin direktoru Con Alelo iki ölkə arasında əməkdaşlığın inkişafına dair sazişə düzəliş sənədini imzalayıblar.
Sənəddə USAİD-in Yerevana ayıracağı 120 milyon dollar yardımın iki dəfədən çox artırılaraq 250 milyona çatdırılması nəzərdə tutulur.
Həmçinin birgə həyata keçiriləcək layihələrin məzmununun genişləndirilməsi razılaşdırılıb. Sözügedən saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
C.Alelo ABŞ-ın bununla Yerevanda demokratiyanın inkişafına töhfə verəcəyini deyib.