Sentyabrın 10-da “Yerevan dialoqu” beynəlxalq forumu çərçivəsində ER XİN-in baş katibi Davit Karapetyan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin baş katibinin müavini David Bertolotti ilə görüşüb.
ER XİN-dən verilən məlumata görə, görüş zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin inkişafına yönəlmiş addımlardan bəhs ediblər.
Tərəflər xarici departamentlər arasında əməkdaşlığın yeni imkanlarını və formatlarını müzakirə ediblər.