Biz qonşularımızı seçmirik, amma tərəfdaşlarımızı seçirik.
Bunu Lüksemburqun baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri Ksavye Bettel “Yerevan dialoqu” konfransında deyib.
Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq imkanlarına toxunan nazir Lüksemburqun Benilüks çərçivəsində Belçika və Hollandiya ilə əməkdaşlığı nümunəsini təqdim edib.
“Biz başa düşdük ki, ümumi layihələrin olması əslində sülh üçün ən yaxşı layihədir. Benilükslə başladıq. Bizim regional parlamentimiz var. Və dünən Yerevandakı söhbətlərimdə mən transsərhəd məsələləri müzakirə etmək üçün Gürcüstan, Azərbaycan və region ölkələrinin, o cümlədən Türkiyə və İranın parlamentariləri ilə müzakirənin təşkili təşəbbüsünə baxmağı təklif etdim”, - o deyib.