ER iqtisadiyyat naziri Gevorg Papoyan Litva Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Qabrielius Landsbergis və iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonaite ilə üçtərəfli görüş keçirib.
Görüşdə nazir müavini Narek Hovakimyan, ER-in Litvadakı fövqəladə və səlahiyyətli səfiri Ara Margaryan da iştirak ediblər.
Həmsöhbətlər Ermənistan-Litva ticarət-iqtisadi əlaqələrinin genişlənmək üçün böyük potensiala malik olduğunu bildiriblər.
Nazir Gevorg Papoyan qeyd edib ki, Ermənistan iqtisadiyyatın şaxələndirilməsi yolu ilə gedir və bu o deməkdir ki, birgə qüvvələrlə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük imkan var.
Tərəflər investisiyaların cəlb edilməsi, Aİ standartlarının uyğunlaşdırılması, Aİ ilə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Hökumətin sülh gündəliyinə toxunan Gevorg Papoyan Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasında “Sülhün kəsişməsi” layihəsinin mümkün iqtisadi üstünlüklərini və əhəmiyyətini təqdim edib.
Görüşün sonunda tərəflər birgə səylərlə Ermənistan-Litva iqtisadi gündəliyinin genişlənməsinə və daha da dərinləşməsinə nail olacaqlarına əminliklərini ifadə ediblər.