Sentyabrın 6-da nazir Gevorg Papoyan Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi Girts Kruminş ilə görüşüb. Görüşdə nazir müavini Narek Hovakimyan, Ermənistanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Ara Margaryan da iştirak ediblər. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Ermənistan və Latviya arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, Ermənistan iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatın müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
İxrac həcminin genişləndirilməsi imkanlarına ayrıca toxunulub.
Nazir Latviya tərəfinə Ermənistan iqtisadiyyatında həyata keçirilən dövlət siyasətini və iş adamlarına təklif olunan dövlət dəstəyi alətlərini təqdim edib.
Nazir çıxışında işgüzar əlaqələrin gücləndirilməsi və genişləndirilməsinin zəruriliyinə də toxunub.