Ermənistan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində baş nazir səviyyəsində iştirak edəcək.
Bu məlumatı ER baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Ermənistanın oktyabrda Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcəyini bildirmişdi.