Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün ümumi dəyəri 162 milyon funt-sterlinq olan 650 ədəd çoxməqsədli “Martlet” raketini Kiyevə təhvil verəcək.
Yeni paketin təmin edilməsi sentyabrın 6-da Almaniyanın Ramşteyn şəhərindəki ABŞ aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb təmas qrupunun görüşü ərəfəsində elan edilib.
Gözlənilir ki, London Martlet raketlərinin ilk partiyasını 2024-cü ilin sonunda Kiyevə çatdıracaq.