ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat Departamentinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.
“Biz Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyi yanında Kəşfiyyat Departamentinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayoru səmimiyyətlə salamlayırıq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bildirib.