Sentyabrın 4-də Ermənistanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Anahit Harutyunyan Yerevanda Kanadanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Endryu Turner ilə görüşüb.
“Kanadanın Ermənistandakı səfirliyində səfir Endryu Turnerlə görüşməkdən çox məmnunam. Bizim daimi dialoqumuz ölkələrimiz arasında əlaqələri möhkəmləndirməkdə davam edir. Biz daha da irəliləyiş gözləyirik”, - o, X mikrobloqunda yazıb.