Avropa Komissiyasının vitse-prezidenti Margaritis Sxinas sentyabrın 9-da Yerevana səfər edəcək.
Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, o, Ermənistanın ali rəhbərliyi ilə görüşlər keçirəcək, Yerevan Dövlət Universitetində çıxış edəcək və viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasında iştirak edəcək.