Sentyabrın 4-də Paris meriyasında təşkil olunmuş təntənəli tədbirdə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan ER prezidentinin fərmanı ilə Ermənistan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına mühüm töhfəsinə görə ona təltif edilmiş “Dostluq” ordeni”ni Paris merinin müavini Arno Nqaçaya təqdim edib.
Tədbirdə Paris meri Ann Hidalqo və Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan çıxış ediblər.
Ann Hidalqo Ermənistan və Paris arasında xüsusi əlaqələri vurğulayaraq, Paris şəhərinin hər zaman Ermənistanın və erməni xalqının yanında olduğunu və bundan sonra da olacağını təsdiqləyib.
Səfir Tolmacyan vurğulayıb ki, mer müavini Nqaçanın “Dostluq” ordeni ilə təltif edilməsi sonuncunun Ermənistan və erməni xalqı ilə səmimi dostluğuna görə bütün Paris şəhərinə minnətdarlığını ifadə edir.
O, Mer Hidalqoya, Arno Nqaçaya və ümumilikdə Paris Şəhər Şurasının üzvlərinə Ermənistana, Parisin qəlbində yerləşən “Ermənistan Esplanadası”na, Şarl Aznavurun anadan olmasının 100 illiyi münasibətilə Şarl Aznavur adına parkın açılışına qeyd-şərtsiz dəstəyə və tam həmrəyliyə, 2020-ci ildn bəri Ermənistan və Dağlıq Qarabağ xalqı üçün qəbul edilmiş qətnamələrinə və humanitar təşəbbüslərinə dəstəklərinə görə təşəkkür edib.
Paris merinin müavini Arno Nqaça bildirib ki, ER prezidentinin sərəncamı ilə ona verilən bu yüksək mükafatı almaq onun üçün böyük şərəf və qürurdur. O vurğulayıb ki, Paris merinin xarici əlaqələr üzrə müavini kimi, mer Hidalqonun rəhbərliyi altında bundan sonra da Paris və Ermənistan arasında münasibətlərin və əməkdaşlığın möhkəmlənməsinə eyni enerji, inam və sədaqətlə töhfə verəcək.
Tədbirdə Fransa Xarici İşlər Nazirliyinin baş katibi, parlamentarilər, xarici ölkələrin Fransada akkreditə olunmuş səfirləri və diplomatlar, Paris merlərinin müavinləri, Parisə yaxın digər şəhərlərin merləri, tanınmış ictimai və mədəniyyət xadimləri, erməni icmasının nümayəndələri iştirak ediblər.