Rusiya Xarici İşlər Nazirliyi ABŞ Maliyyə Nazirliyi, Russia Today media qrupu, RT telekanalı və onların bir sıra törəmə şirkətlərinə (Sputnik, Ruptly) qarşı yeni sanksiyalar paketinin qəbulu ilə bağlı açıqlamaya cavab verib.
Moskva Rusiya media holdinqlərinə məhdudiyyətlər qoyan ABŞ hakimiyyətinin hərəkətlərini cavabsız qoymayacaq.
“Amerika hakimiyyətinin informasiyaya sərbəst çıxışın və media plüralizminin təmin edilməsi sahəsində öhdəliklərinə birbaşa zidd olan hərəkətləri cavabsız qalmayacaq.
Bir daha xəbərdarlıq edirik ki, rusiyalı jurnalistləri ABŞ ərazisindən qovmaq cəhdləri, onların fəaliyyəti üçün qəbuledilməz şəraitin yaradılması və fəaliyyətlərinə hər hansı digər maneələri Amerika kütləvi informasiya vasitələrinə qarşl proporsional və ya qeyri-mütənasib cavab tədbirlərinin görülməsi üçün əsas olacaq”, XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.