Fransa prezidenti Emmanuel Makron Mişel Barnyeni baş nazir təyin edib. Prezident yeni hökumət başçısına “ölkəyə və fransız xalqına xidmət edəcək” vahid hökumət yaratmağı tapşırıb.
Barnye karyerası ərzində müxtəlif nazir vəzifələrində çalışıb. 2004-2005-ci illərdə Jan-Pierre Raffarin kabinetində xarici işlər naziri, 2010-2014-cü illərdə daxili ticarət üzrə Avropa komissarı olub. Daha sonra Barnye Aİ-nin Brexit üzrə danışıqlar qrupunun rəhbəri təyin edilib.