Yerevan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini saxlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Əslində, Ermənistan rəhbərliyi belə əməkdaşlıqdan geri çəkilmək xəttindədir, lakin fikrimizcə bu, xalqının maraqlarına ziddir. Biz gözləyirik ki, Ermənistanın xeyrinə və ümumilikdə bütün regionun gələcək təhlükəsizliyi üçün Ermənistanla tərəfdaşlığımız KTMT çərçivəsində tam bərpa olunacaq”, - Zaxarova bildirib.