Ermənistan Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək imkanlarını araşdırır.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
“Bəli, bu ehtimal nəzərdən keçirilir, lakin hazırda əlavə məlumat yoxdur”, - o bildirib.
Safaryan qeyd edib ki, özəl mühafizə şirkətləri cəlb olunarsa, onlar bütün kommunikasiyaların, o cümlədən Azərbaycan ərazisindən keçən hissələrin mühafizəsinə cavabdeh olacaq.
O həmçinin bildirib ki, Ermənistan sərhədçiləri və gömrükçüləri sərhəddə öz vəzifələrini yerinə yetirəcəklər.