2024-cü ildə sentuabrın 3-də Ermənistan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Qevondyanı Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu qəbul edib.
Görüş zamanı Yerevan və Astana arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyət, inkişaf perspektivləri və Qazaxıstan Respublikasının Prezidenti K.Tokayevin 2024-cü ilin aprelin 14-15-də Ermənistan Respublikasına rəsmi səfəri nəticəsində əldə olunmuş strateji razılaşmaların həyata keçirilməsi prosesi müzakirə olunub.
Qazaxıstan Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı Baş nazirin müavini Murat Nurtleu Armen Qevondyana prezidentin fərmanı ilə Qazaxıstan Respublikasının "iki ölkə arasında dostluq münasibətlərinin və çoxsahəli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Ermənistan səfirinin təltif olunduğu 2-ci dərəcəli “Dostık” (“Dostluq”) ordenini təqdim edib.
Ermənistan səfiri təşəkkür nitqində qeyd edib ki, o, dövlət mükafatının verilməsini Ermənistan-Qazaxıstan əməkdaşlığının potensialının açılmasına və Ermənistan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilənin müddəalarının, eləcə də sonuncunun inkişafı üçün qəbul edilmiş digər sənədlərin əməli şəkildə yerinə yetirilməsinə yönəlmiş tərəfdaşlığın yüksək qiymətləndirilməsi kimi qəbul edir.