Öz müdafiə ehtiyaclarını ödəmək və problemlərin həlli istiqamətində hərəkətlər Ermənistanın suveren qərarlarıdır və üçüncü tərəflər Ermənistanı sursat almamağa, silah almamağa məcbur edə və ya tələb edə bilməz.
Bunu parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyan brifinq zamanı deyib.
“Ermənistan hökuməti Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin tətbiqi ilə bağlı çox aydın təkliflə çıxış edib və bu təklif cavabsız qalıb.
Onu da nəzərə almalıyıq ki, Azərbaycan da silahlanır. Yəni orada belə bir narahatlıq varsa, burada daha çox narahatlıq var və belə bir mexanizmin işləməsi məntiqlidir”, - Xandanyan bildirib.