Bakı Avropa İttifaqını “Azərbaycanın daxili işlərinə qarışmağa yönəlmiş kursun mənasızlığını dərk etməyə” çağırır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəsmi nümayəndəsinin bəyanatlarını şərh edərkən bildirib.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv iddiası və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - Hacızadə vurğulayıb.
O, Aİ-ni üzv dövlətlərin daxili problemlərinə diqqət yetirməyə çağırıb.