Sentyabrın 3-də Bled Strateji Forumu çərçivəsində ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Sloveniya münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə ediblər. ER-Aİ hərtərəfli tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi və daha da dərinləşdirilməsi də vurğulanıb.
Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir müavini Vahan Kostanyan həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib.
Humanitar sahədə əməkdaşlığa da toxunulub.