Sentyabrın 1-də ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Praqada keçirilən GLOBSEC konfransı çərçivəsində Qətərin XİN dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xuleyfi ilə görüşüb.
ER XİN rəhbərinin Dohaya səfərinin davamında həmsöhbətlər ikitərəfli münasibətlərin dərinləşdirilməsi imkanlarını, o cümlədən ticarət-iqtisadi əlaqələrin aktivləşdirilməsi və investisiyaların təşviqi məsələlərini müzakirə ediblər.
Vahan Kostanyan və Məhəmməd bin Əbdüləziz Əl-Xulayfi çoxtərəfli platformalarda əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı məlumat mübadiləsi aparıblar.