Sentyabrın 2-də ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin birgə ikinci iclası keçirilib.
Ermənistana gələn gürcü həmkarlarını salamlayan ER Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sargis Xandanyan 2022-ci ilin noyabrında birgə imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq iki ölkə parlamentlərinin xarici əlaqələr komitələri arasında görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər iki ölkənin baş nazirləri tərəfindən strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişinin imzalanmasını yüksək qiymətləndiriblər.
Deputatlar Ermənistan və Gürcüstanın hazırkı siyasi və iqtisadi vəziyyətini təqdim ediblər, Avropa İttifaqı ilə sıx əməkdaşlıqdan danışıblar. Sargis Xandanyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunub, regionda uzunmüddətli sabitliyin təmin olunmasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb. Regionun bütün dövlətlərinin bir-birinin ərazi bütövlüyünü tanımasının vacibliyi vurğulanıb.
ER Parlamenti və Gürcüstan Parlamentinin xarici əlaqələr komitələrinin növbəti birgə iclası Tiflisdə keçiriləcək.
Erməni tərəfdən ER Parlamentinin xarici əlaqələr daimi komissiyasının üzvləri Mariya Karapetyan, Lena Nazaryan və Hripsime Qriqoryan, gürcü tərəfdən Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Mariam Laşxi, komitə üzvləri İrakli Mezurnişvili, Xatiya Tsilosani iclasda iştirak edib.