Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Azərbaycanda “sükut günü” başlayıb.
Seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.
Qanunvericiliyin tələbinə əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.