İran prezidenti Məsud Pezeşkian Norveçin baş naziri Jonas Qar Styore ilə telefon danışığı keçirərək İslam Respublikasının bütün dünyada müharibələrin və zorakılığın dayandırılmasına dəstək verməyə hazır olduğunu bildirib.
İRNA agentliyinin məlumatına görə, o, Norveçin Fələstin xalqına dəstəyini yüksək qiymətləndirib və İsrailin Qəzzadakı hərəkətlərinə qarşı aktiv fəaliyyət göstərməyə çağırıb.
Norveçin baş naziri də İranla münasibətləri dostluq adlandırıb, fələstinlilərin müstəqillik hüquqlarını müdafiə edib və Qəzzada münaqişənin tez bir zamanda sona çatacağına ümid etdiyini bildirib.