Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub. Zakir Həsənov və Yaşar Gülər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Z.Həsənov türkiyəli həmkarını Qələbə Günü və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.