Moskva Bakı ilə Yerevan arasında tezliklə sülhün bərqərar olacağını gözləyir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “РИА Новости”-yə müsahibəsində bildirib.
“Tərəflərin rəsmi bəyanatlarına əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi demək olar ki, razılaşdırılıb. Rusiya prezidenti Vladimir Putinin dövlət səfəri zamanı vurğuladığı kimi, Moskva onun imzalanmasına töhfə verməkdən məmnun olacaq. Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək, çünki bu, Cənubi Qafqazda sabit sülhə və firavanlığa nail olmaq üçün mühüm addım olacaq”, - səfir bildirib.
Səfirin sözlərinə görə, Bakı və Yerevan arasında danışıqlar Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçtərəfli sazişlər toplusuna uyğun gedir. O vurğulayıb ki, gələcək sazişlə bağlı razılığa gəlməklə yanaşı, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasından, sərhədin delimitasiyası və demarkasiyasından, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulmasından gedir.