Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi Beynəlxalq Qızıl Xaç Komitəsinin Dağlıq Qarabağın mühasirəsi zamanı üzləşdiyi çətinliklər və Azərbaycan tərəfinin yaratdığı maneələrlə bağlı geniş material dərc edib.
Bildirilir ki, on minlərlə insanın ac qaldığı mühasirə zamanı Qızıl Xaç yardımların çatdırılmasında müxtəlif maneələrlə üzləşib.
“Azərbaycan tərəfi bizə təzyiq edirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaratdığı ciddi problemlərlə üzləşirdik”, - deyə təşkilatın işində bilavasitə iştirak edən BQXK-nın keçmiş əməkdaşı bildirib.
Dağlıq Qarabağın mühasirəyə alınması zamanı ciddi pozuntuların olduğu da vurğulanır. Xüsusən də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölməsi BQXK-nın Dağlıq Qarabağdakı işinə qarşı açıq şəkildə çıxış edib.
Azərbaycan Qızıl Aypara rəsmiləri də Azərbaycan hökumətinin bəyanatlarını dəfələrlə təkrarlamış, Dağlıq Qarabağ ermənilərinin iztirablarını və BQXK missiyasının nüfuzunu açıq şəkildə şübhə altına almışlar.