Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Kommissyası və Ermənistan Respubliaksı ilə Azərbaycan Respublikası arasındadövlət sərhədinin delimitasiyası vəsərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
ER XİN-dən verilən məlumata görə, 2024-cü il avqustun 30-da Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada imzalanıb. Hazırda Ermənistan Respublikası və Azərbaycan Respublikası daxili prosedurların həyata keçirilməsinə başlayıb.